CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Dərmanların içlik vərəqəsinin Azərbaycan dilində olması zəruridir VİDEO

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəmizdə dərmanların istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Dərmanların istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir. Bunları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarına, əczaçılıq topdan və pərakəndə satış müəssisələrinə, dərman vasitələri istehsalçılarının nümayəndəliklərinə xəbərdarlıq edib. Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də mərkəzin rəsmi saytında yerləşdirilıb. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib.

Əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət məqsədilə Analitik Ekspertiza Mərkəzi respublikaya idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olmasını tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.