REGİONLAR


“Şəki-İpək” ASC-də bu günədək 3 tona yaxın xam ipək istehsal olunub

Şəki, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər respublikamızda baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini də xeyli dərəcədə canlandırıb. 2017-ci ildə respublikamızda yaş barama istehsalının ötən illə müqayisədə 3,5 dəfəyə yaxın artaraq 245 tona çatması onu deməyə əsas verir ki, cari ildə müəssisənin xammal sarıdan heç bir problemi olmayacaq.

Səhmdar cəmiyyətin idarə heyəti sədrinin müşaviri Teymur Musayev AZƏRTAC-a bildirib ki, iyulun 3-dən fəaliyyəti bərpa edilən baramaaçan istehsalatında ötən müddət ərzində artıq 3 tona yaxın xam ipək istehsal olunub. Hazırda bu istehsalatda olan 160 mexaniki dəzgahın hamısı işlək vəziyyətdədir. Eyni zamanda, avtomat dəzgahların da bir neçəsi işə salınıb. Ötən il burada 9 ton yüksək keyfiyyətli xam ipək istehsal olunub. Bu il isə xam ipək istehsalının 30 tona çatdırılması nəzərdə tutulur. Hazırda baramaaçan istehsalatında 220 nəfər işçi çalışır.

Səhmdar cəmiyyətin rəsmisinin sözlərinə görə, yaxın günlərdə müəssisənin burucu və toxucu istehsalatlarının da fəaliyyətləri bərpa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.