ELM VƏ TƏHSİL


Şəki Regional Elmi Mərkəzinin veb-saytının yeni versiyası hazırlanıb

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) veb-saytının yeni versiyasını hazırlayıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqram təminatı və dizaynı müasir tələblərə uyğun olan sayt “Mərkəz haqqında”, “Xəbərlər”, “Beynəlxalq əməkdaşlıq”, “Elmi fəaliyyət”, “Konfranslar”, “Qalereya” və “Əlaqə” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış veb-saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər mövcuddur.

www.shrem.az” “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilib və saytın təhlükəsizliyi tam təmin olunub.

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan veb-sayt elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.