REGİONLAR


Şəmkirdə Gənc Həkimlər Birliyinin üzvləri nəcib aksiyalarını davam etdirirlər

Şəmkir, 13 dekabr, Famil Quliyev, AZƏRTAC

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilən Gənc Həkimlər Birliyinin üzvləri rayonun Muxtariyyat kəndində 85 sakinin tibbi müayinə və müalicəsini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Aksiyada iştirak edən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov AZƏRTAC-a bildirib ki, xəstəliklərin ilkin dövrdə aşkar olunması və vaxtında müalicə edilməsi üçün belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbiri yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.