MƏDƏNİYYƏT
Səmra Rəhimli “Eurovision-2016”da ilk məşqini edib VİDEO
Bakı, 3 may, AZƏRTAC
Azərbaycanı “Eurovision-2016” mahnı yarışmasında təmsil edən Səmra Rəhimli Stokholmda ilk məşqini edib.
AZƏRTAC xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. Tərtibatçılar ifaçının səhnə performansını rəngli etməklə tamaşaçının əsas diqqətini onun güclü səsinə və xarici görünüşünə yönəltmək istəyiblər. Onun məşqi xüsusi işıq effektləri ilə müşayiət olunub, səhnədə daha çox qızılı rənglərə üstünlük verilib.
Qeyd edək ki, Səmra Rəhimli müsabiqədə "Miracle" mahnısını ifa edəcək. 21 yaşlı ifaçı mayın 10-da keçiriləcək ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]