CƏMİYYƏT


Sərhədçilərimiz Azərbaycan ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısını alıblar VİDEO

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Azərbaycan ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısını alıblar.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Azər Tofiq oğlu Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı “90-OT-790” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanının eynilik təşkil etmədiyi aşkarlanıb.

Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.