ELM VƏ TƏHSİL
Şərq dilləri (ərəb və fars dilləri) fənləri üzrə buraxılış və qəbul imtahanları üçün proqramlar təsdiq edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Şərq dilləri (ərəb və fars dilləri) fənlərinə dair seminarın iş planının, hər iki fənn üzrə 2016-cı ildə tam orta təhsil (XI illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi olub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər fikirlərini bildirib, təkliflər verilib.
Hər iki fənn üzrə 2016-cı ildə tam orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramlar təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda bu il ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş müvafiq test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.