CƏMİYYƏT
Şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən 1338 şəxsin sənədləri qəbul edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər Abşeron və Yardımlı rayonlarında təşkil olunub.
Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən 1338, o cümlədən Abşeron rayonunun Xırdalan şəhərində və Mehdiabad qəsəbəsində 333, Yardımlı rayonunun Tahirli və Ərus kəndlərində isə 1005 şəxsin müvafiq sənədləri qəbul edilib.
Bu sahədə tədbirlər davam etdirilir.