CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: 42 dərəcə isti olacaq

Bakı, 18 iyul, AZƏRTAC

Sinoptiklər isti və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-dan 23-dək havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı ehtimalı var. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz olacaq. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.