CƏMİYYƏT


Şirvan Milli Parkının ərazisində yanğın olub

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də saat 14:45-də Şirvan Milli Parkının ərazisində yanğın baş verib.

AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğına ərazidən keçən iki yük maşınının səbəb olduğu ehtimal edilir.

ETSN-in dərhal əraziyə cəlb olunmuş yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və tam söndürülüb.

Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şirvan Milli Parkı tərəfindən qanunauyğun sənədləşmə işləri aparılıb və rayonun polis şöbəsinə müraciət olunub. Hazırda dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

ETSN bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.