CƏMİYYƏT


Son 12 ildə insan alverinin qurbanı olan 760-dan çox şəxs cəmiyyətə reinteqrasiya edilib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanda insan alverinin qarşısının alınması və qurbanlarının hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. 2005-ci ildən indiyədək Azərbaycanda 760-dan çox insan alveri qurbanı təsbit edilərək cəmiyyətə reinteqrasiya olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 12-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin açılış mərasimində məlumat verib.

H.Heydərov qeyd edib ki, ki, 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul edilib. Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı azdır və ümumi cinayət sayının bir faizini təşkil etmir. 2015-ci ildə qeydə alınmış 26 min 916 cinayət faktından yalnız 128-i insan alveri ilə bağlıdır. Bu rəqəm isə bir faizdən azdır. Ötən il isə 26 min 611 cinayətdən 166-sı insan alveri cinayətləri olub.

Son 12 il ərzində insan alveri ilə bağlı 1078 cinayət işi araşdırılıb. Bu müddətdə insan alveri işləri üzrə 486 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.