CƏMİYYƏT
Son iki sutka ərzində ən çox yağıntı Astarada qeydə alınıb
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son iki sutka ərzində ən çox yağıntı Astarada 51 mm (aylıq normanın 27 faizi), Göygöldə - 36 (aylıq normanın 94 faizi), Qəbələdə - 23 (aylıq normanın 29 faizi), Kişçayda (Şəki) - 22 (aylıq normanın 32 faizi), Tərtədə - 20 (aylıq normanın 80 faizi), Yardımlıda -18 (aylıq normanın 23 faizi) qeydə alınıb.
Sentyabrın 18-də gecə Nabranda (Xaşmaz rayonu) 9 saat ərzində 38 mm yağıntı düşüb, bu da aylıq normanın 116 faizini təşkil edir.
Yağıntının miqdarı Lənkəran-Astarada 4-14, Böyük Qafqazda 4-13, Mərkəzi Aran rayonlarında 1-7, Qazax-Gəncə zonasında 3-10, Naxçıvan Muxtar Respublikasında 0.4-1 mm olub.
Sentyabrın 17-si Bakı şəhərinin bəzi ərazilərində az miqdarda yağmurlu hava şəraiti müşahidə olunub. Sentyabrın 18-i səhər isə yağış qeydə alınıb.
Böyük Qafqazın, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub.