CƏMİYYƏT


Sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 316-sı sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin aidiyyəti psixonevroloji internat evlərində isə 18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər yerləşdirilib. ƏƏSMN-in Müharibə və Əmək Əlilləri üçün Pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğısı sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayan şəxslərin hərtərəfli təminatlarının gücləndirilməsinə də şərait yaradıb. Son illərdə bu müəssisələrdə müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bu müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə görülən tədbirlər nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, yəni 37 nəfərin sosial xidmət müəssisələrindən doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.