İDMAN
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Bakı, 12 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-də stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələrin mübarizə apardıqları turnir şəxsi və komanda xarakteri daşıyır. Birincilikdə respublikanın müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.
Yarışlar martın 16-dək davam edəcək. Turnirin qalibləri və onların məşqçiləri Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları ilə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [13:57]
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb
- 21.05.2024 [13:39]
Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb
- 21.05.2024 [13:10]
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb
- 21.05.2024 [12:22]
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
- 21.05.2024 [11:50]
Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
- 21.05.2024 [11:11]