REGİONLAR


Sumqayıt Bələdiyyəsində referendumla bağlı təşəbbüs qrupu yaradılıb

A+ A

Sumqayıt, 4 avqust, AZƏRTAC 

Sumqayıt Bələdiyyəsində referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar yığıncaq keçirilib.

Bələdiyyədən AZƏRTAC–a bildirilib ki, çıxışlarda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məlumat verilib.

Sonra səsvermə yolu ilə 58 nəfərlik referendum üzrə təşəbbüs qrupu yaradılıb. Həmçinin “Bələdiyyə” təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.