İDMAN


“Sumqayıt” Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a qalib gəlib

Bakı, 29 iyul, AZƏRTAC

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb.

AZƏRTAC xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”la üz-üzə gəlib. “Fənərbağça” klubunun təlim-məşq bazasında baş tutan oyunda “Sumqayıt” minimal hesabla qələbə qazanıb – 1:0. Qarşılaşmada yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, 1956-cı ildə yaradılan “Al-Taavoun” Burayda şəhərini təmsil edir. Komanda 2016/2017-ci il mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.

Bununla da, “Sumqayıt” klubu Bolu toplanışını başa vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.