REGİONLAR


Sumqayıt idmançıları ilin birinci yarısında 481 medal qazanıblar

Sumqayıt, 27 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Bu ilin əvvəlindən Sumqayıtda 28 idman növü üzrə 216 çempionat, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplanışları keçirilib. Bu tədbirlərdə müxtəlif yaş qrupunda olan 13 minə yaxın idmançı iştirak edib.

Bu barədə AZƏRTAC-a Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov məlumat verib. Bildirilib ki, 17 idman növü üzrə 52 respublika birinciliyində, beynəlxalq yarışlarda, turnirlərdə şəhərin 843 nümayəndəsinin (idmаnçı, məşqçi, hakim) iştirakı təmin edilib. M.Bəşirov deyib ki, şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 481 medal qazanıblar. Bunlardan 162-si qızıl, 144-ü gümüş, 175-i isə bürüncdür.

Milli komanda tərkibində beynəlxalq yarışlarda iştirak edən şəhər idmançıları tərəfindən qazanılan 86 medaldan 11-i qızıl, 12-si gümüş, 13-ü isə bürüncdür. Bu medallardan 8 qızıl, 10 gümüş və 11 bürünc Olimpiya Oyunlarının proqramına daxil olan idman növlərinə aiddir.

“IV İslam Həmrəyliyi Oyunlarında isə şəhərin 20 atleti 9 idman növündə mübarizə aparıb, onlardan 4-ü qızıl, 3-ü gümüş, 7-si bürünc olmaqla 14 medal qazanıblar”,- deyə Mübariz Bəşirov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.