MƏDƏNİYYƏT


Sumqayıt teatrı yenidən qurulur

A+ A

Bakı, 7 iyul, AZƏRTAC

Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Dövlət Dram Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu.

AZƏRTAC xəbər verir ki, hazırda teatrda təmir və yenidənqurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. Teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənəcək. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Sənət ocağının köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla üzlük daşlarla üzlənir. Sumqayıt teatrının binası özünəməxsus memarlıq üslubu ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.