Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sumqayıtın 65 illik yubileyi qeyd edilir

Sumqayıt, 23 sentyabr (AZƏRTAC, Ətrabə Rzayeva). Bu il Sumqayıtın şəhər statusu almasından 65 il keçir.

Sentyabrın 23-də Sumqayıtın yubileyinə həsr edilmiş Şəhər Günü bayramı qeyd olundu.

Sumqayıt sakinlərinin artıq ənənəyə çevrilmiş bu bayram tədbirlərinə xüsusi həvəs və təşəbbüskarlıqla hazırlaşdıqları hiss edilirdi. Şəhərin siması da dəyişib. Sumqayıtın hər bir guşəsi yubileydən xəbər verir. Bayram ərəfəsində milli geyimli gənclər, içərisində nağıl personajları olan elektromobil karvanı hər kəsi Şəhər Gününə səsləyirdi.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə dünyanın 23 ölkəsindən və respublikanın bir sıra regionlarından Sumqayıta gəlmiş qonaqlar möhtəşəm, maraqlı və gözəl bir tədbirin şahidləri oldular.

Bayram şənlikləri başlamamışdan əvvəl Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndəsi Əlibala Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezidenti David Məmmədov, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, habelə Azərbaycanda akkreditə edilmiş bir sıra diplomatik missiyaların nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular.

Ənənəyə görə, bayram şənlikləri Sumqayıtın yaxınlığında yerləşən, yaşı 2 min ildən çox olan Corat qəsəbəsinin qədim qala divarları önündə başlandı. Ümummilli lider Heydər Əliyevin “Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir” sözləri tədbirin proloqu oldu.

Bayram tədbiri qəsəbənin girəcəyində yaradılmış bazar meydanında keçirildi. Şəhərin keçdiyi bütün təşəkkül yolu tədbir iştirakçılarının gözü qarşısında canlandı. Minlərlə Sumqayıt sakini bu qeyri-adi tamaşadan zövq aldı. Coratın qala divarlarının qarşısından keçən ticarət karvanları, böyük Roma sərkərdəsi Pompeyin və onun qladiatorlarının, həmçinin məşhur fransız yazıçı və səyyahı Aleksandr Dümanın (Ata) obrazları canlandı.

Tamaşaçılar Sumqayıtda aparılan tikinti işlərinin elementlərini də seyr etdilər. Bir göz qırpımında şəhərin rəmzləri meydanda göründü. Coratlı meyxanaçılar duetinin Sumqayıta həsr edilmiş improvizəsi çox orijinal və maraqlı idi.

Coratda keçirilən tədbirin sonunda dövlətimizin başçısı İlham Əliyevin Sumqayıtın sənaye şəhəri kimi yaradılması barədə fikirləri səsləndi. Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Şəhərin dənizə çıxışının olması burada turizm və mədəniyyət infrastrukturunun inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Sonra bayram şənliyinin iştirakçıları Sumqayıtın mərkəzində yerləşən Dövlət Bayrağı Meydanına yollandılar. Hərbi orkestrin ifasında marş sədaları altında əsgərlər Azərbaycanın böyük dövlət bayrağını meydana gətirdilər. Hərbi texnika, əsgərlər, süvarilər, velosipedçi və motosikletçilər dəstəsi Sumqayıt sakinlərinin və şəhərin qonaqlarının qarşısından keçdilər.

Tədbir iştirakçıları Sumqayıtın qəhrəman idmançılarını alqışlarla qarşıladılar. Dünya və Avropa çempionatlarının mükafatçıları olan yüzdən çox sumqayıtlı idmançı Azərbaycan idmanının şöhrətini dünyaya yayıb.

Sonra idmançıları Sankt-Peterburqdan gəlmiş təbilçi qızlar qrupu və respublikanın regionlarından 11 folklor kollektivi əvəz etdi. Böyük gəminin göyərtəsində Azərbaycan nağıllarının və ədəbi əsərlərin personajları göründü. Onların arxasınca böyük kuklalar üzürdü.

“Şahin” respublika hərbi idman oyununun qalibləri olan Sumqayıt məktəblilərinin dəstələri göz oxşayırdı. Şəhərin orta məktəblərinin şagirdləri və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar xüsusi müsbət əhval-ruhiyyə yaradırdı. Əllərində bayraqlar, əlvan lentlər, şarlar, çiçəklər tutmuş bu şən, səliqəli uşaqlar sumqayıtlıların quruculuq əzmini təcəssüm etdirirdi.

Paradın sonunda Şuşa şəhər-qalasının böyük maketi meydana gətirildi. Maketdə təsvir edilmiş bu diyarın tanınmış şəxsləri tədbir iştirakçıların belə bir inam aşılayırdı ki, hazırda işğal altında olan torpaqlarımız hökmən azad ediləcək.

Sonra Sumqayıt səmasında Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterləri göründü. Xüsusi təyinatlı sərhədçilər dəstəsi meydanda toplaşan bütün tamaşaçıları vəcdə gətirən şou göstərdi. Əllərində dövlətimizin bayraqları olan hərbi desant dəstəsi üzvlərinin Sumqayıt Dövlət Dram Teatrının binasının damına helikopterdən bir-birinin ardınca enməsi anına hamı böyük həyəcanla tamaşa edirdi. Hərbi aviatorlar meydan üzərində bir dəfə də dövrə vurub milli bayrağımızın yaşıl, qırmızı və mavi rənglərinə boyanmış təbrik açıqcaları səpələdilər.

Şəhərin yubileyinə həsr edilmiş bayram öz kütləviliyi, əlvanlığı, insanların çöhrəsindəki təbəssüm, xoş əhval-ruhiyyə, ən başlıcası vətənpərvərlik ruhu ilə yadda qaldı.

ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Sumqayıtı tərk edərkən dedi: “Əla bayram oldu! Sevindirici haldır ki, tədbirdə uşaqlar və gənclər çox idi, onlar əsl vətənpərvərlik dərsi olan bu bayramda məmnuniyyətlə iştirak edirdilər. Sumqayıt təmiz və qəşəng şəhərdir. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir neçə müəssisəsi fəaliyyət göstərir. Onlar şəhərin həyatında fəal iştirak edirlər”.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları komandanı Elçin Quliyev öz təəssüratlarını bölüşərək dedi: “Sumqayıt mənim doğma şəhərimdir. O, ilbəil gözəlləşir. Bayram şənliyi uğurlu oldu. Sumqayıtlılar bu təntənələri təşkil etməklə özlərinə gözəl hədiyyə etdilər”.

Həmvətənimiz, Estoniyanın Paldiski şəhərinin vitse-meri Eldar Toonuekk öz emosiyalarını qısaca belə ifadə etdi: “Möhtəşəm bayramdır. Sumqayıt xoşuma gəlir. Qonaqpərvər şəhərdir. Çox şadam ki, şəhərlərimiz arasında qardaşlaşma münasibətləri yaratmaq məqsədilə Sumqayıtda olduğum müddətdə belə bir möhtəşəm bayrama şahidlik etdim”.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dedi: “Mən Sumqayıtda yaşayıram. Bura mənim üçün taleyüklü şəhər olub. Ümummilli lider Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Sumqayıt – kiçik Azərbaycandır. Burada ölkəmizin bütün regionlarının nümayəndələri mehriban bir ailə kimi yaşayırlar. Əlamətdar haldır ki, bayramda bir sıra rayonların özfəaliyyət kollektivləri iştirak edirdi. Bu bayram qəlbimizdə parlaq təəssüratlar və xoş xatirələr qoydu”.

Sumqayıtda yubiley şənlikləri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi