CƏMİYYƏT


Suraxanı rayonunda yanğın baş verib, üç nəfər xəsarət alıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin ümumi sahəsinin 54 kvadratmetrlik hissəsində əşyalar yanıb. Xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərilib. Onlar hazırda evə buraxılıblar.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.