SİYASƏT
TRİPOLİDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
36 ölkədən nümayəndələrin dəvət edildiyi konfransın əsas mövzusu “Dünyada dinlərarası dialoq” probleminə həsr olunub. Liviyaya qarşı BMT-nin qadağası götürüldükdən sonra Azərbaycan Respublikasından ilk dəfə Tripoliyə edilən bu səfər zamanı ölkəmizin təmsilçiləri konfransa şeyxülislam hacı Allahşükür Paşazadənin təbriklərini çatdıracaq və Azərbaycan barədə həqiqətləri açıqlayacaqlar. Onlar Qafqazda dinlərarası dialoq kontekstində ölkəmizdə mövcud olan yüksək dini dözümlülük barədə məruzə edəcək, Azərbaycan dövlətinin dini etiqad azadlığı sahəsində bütün dünyaya örnək ola biləcək siyasətindən danışacaqlar. Ölkəmizdə sabitliyin bərqərar edilməsi, iqtisadi tərəqqi istiqamətində görülmüş işlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyəti və ölkəmizin ədalətli mövqeyi barədə də ətraflı məlumat veriləcəkdir.