TÜRKİYƏDƏ NƏQLİYYAT QƏZASI
Sentyabrın 18-də yerli vaxtla səhər saat 5 radələrində Türkiyənin Ağrı vilayətinin Doğu Bəyazid bölgəsində ağır nəqliyyat qəzası baş vermişdir. Qəza nəticəsində 13 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
Doğu Bəyazid bölgəsinin icra hakimiyyəti başçısı Nurulla Çakırın məlumatına görə, İrana aid olan sərnişin avtobusu Somqaya kəndi yaxınlığında yoldan çıxaraq aşmış və uçuruma düşmüşdür. Yaralılar İqdır və Doğu Bəyazid şəhərlərinin xəstəxanalarına aparılmışdır. Onlardan 10 nəfərin vəziyyəti ağırdır. İlkin məlumata görə, avtobus Suriyadan İrana gedirmiş. Onun sərnişinlərinin əksəriyyəti İran İslam Respublikasının vətəndaşlarıdır.
Qəzanın səbəbləri araşdırılır.