Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tacikistanla əmək, məşğulluq, miqrasiya sahəsində əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin sabitlik və inkişaf məkanı olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində respublikada dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb: “2003-2015-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə artdığı ölkədə qeyri-neft sektoru daim genişlənir. Bu sahədə artım dinamikasının davamı kimi, cari ilin 9 ayında həmin sektorda 3,6 faiz artım əldə edilib. İqtisadi şaxələndirmə əmək resurslarının məşğulluğunun təminatı üçün iş yerlərinin yaradılmasında da xüsusi önəm kəsb edir və təkcə bu ilin 9 ayında respublikada 121 mini daimi olan daha 154 min yeni iş yeri açılıb”.

Ölkəmizin əmək bazarında sabit vəziyyətin hökm sürdüyünü qeyd edən S.Müslümov işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə standartlarının hazırlanması və tətbiqi, inklüziv əmək bazarının inkişafı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi yönündə aparılan işlərdən bəhs edib. Nazir respublikada sosial-iqtisadi inkişaf proseslərinin ölkəyə miqrant axınının artması ilə müşahidə edildiyini, miqrasiya saldosunun müsbət istiqamətdə davam etdiyini, ötən il 1,1 min nəfər olduğunu bildirib: “Azərbaycan miqrasiya sahəsində daim təkmilləşən dövlət siyasətinə malikdir, bu sahədə mütərəqqi beynəlxalq yanaşmalar milli qanunvericilikdə əksini tapır. Eyni zamanda ölkəmiz BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin icrası sahəsində müsbət təcrübəyə malikdir”.

S.Müslümov son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemi barədə məlumat verib. Əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edən nazir əməkçi miqrantlarla bağlı vəziyyətin obyektiv şəkildə öyrənilməsində də bu sistemin mühüm rolunu diqqətə çatdırıb. O qeyd edib ki, sistemdə əməkçi miqrantlarla, o cümlədən Tacikistan Respublikasının vətəndaşları olan əməkçi miqrantlarla bağlanmış əmək müqavilələri də qeydiyyatdan keçirilir. Bu da ölkə vətəndaşları kimi, onların da əmək və sosial hüquqlarının təmin olunmasına hüquqi əsas yaradır: “Bununla yanaşı, Azərbaycan vətəndaşları kimi, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də artıq 10 ildən çoxdur ki, fərdi uçot sistemi ilə əhatə olunub. Həmin insanların gələcək pensiya təminatına stimul formalaşdıran bu sistemdə digər xarici ölkələrin vətəndaşları ilə yanaşı, Tacikistan vətəndaşları olan 50 nəfər də qeydiyyatdadır”.

Respublikamızda əmək bazarı proqramlarının genişləndiyini diqqətə çatdıran S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində proqramın icra edildiyini vurğulayıb.

Tacikistanla ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdiyini vurğulayan S.Müslümov cari ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş”in müvafiq sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını bildirib.

S.Taqoyzoda Azərbaycanla əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın genişlənməsindən məmnun olduğunu, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, ölkəsində əmək, miqrasiya, məşğulluq sahələrində inkişafyönümlü islahatların davam etdiyini, bu islahatlar zamanı Azərbaycanla əməkdaşlıq müstəvisində təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini bildirib. S.Taqoyzoda xüsusən müasir texnologiyaların tətbiqi, aktiv əmək bazarı proqramları, insan resurslarının inkişafı və s. üzrə Azərbaycan təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.

Görüşdə nümayəndə heyəti üçün əmək müqavilələri üzrə elektron qeydiyyat sisteminin təqdimatı olub.

İki nazirlik arasında əmək, miqrasiya, məşğulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərə, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin yeni iş şəraitinin istifadəyə verilməsi tədbiri olub.

Tədbirdə S.Müslümov vurğulayıb ki, dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə yönələn siyasətinin əsas prioritetlərindən biridir: “Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı bu istiqamətdə növbəti mühüm addım olub. Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 852 ştat vahidi müəyyən edilib. Beləliklə də məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb və artıq ölkədə əhalinin hər 10,7 min nəfərinə bir nəfər məşğulluq xidməti əməkdaşı fəaliyyət göstərir ki, bu da müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib”.

Nazir həmin Fərmana uyğun olaraq görülən tədbirlər çərçivəsində Binəqədi rayon Məşğulluq Mərkəzində ştat vahidlərinin də 4 dəfə artırılaraq 24 ştat vahidinə çatdırıldığını qeyd edib.

Daha sonra mərkəzdə yaradılmış iş şəraitinə baxış olub.

S.Taqoyzodanın başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, mərkəzdə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili üçün yaradılmış şəraitlə tanış olub. Qonaqlara kursların təşkili ilə bağlı aparılan işlər, o cümlədən modul tədris proqramları, özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesi ilə bağlı məlumatlar verilib. Hazırda Naxçıvan və Göyçay şəhərlərində də Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyi, gələcəkdə digər bir sıra bölgələrdə də belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.

Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gələn Tacikistan nümayəndə heyəti burada sağlamlıq imkanları məhdud gənclər üçün təşkil olunan peşə hazırlığı kursları, habelə reabilitasiya şəraiti ilə yaxından tanış olub. 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan bu Mərkəzdə ötən müddətdə 870 nəfərdən çox sağlamlıq imkanları məhdud gəncin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. Həmçinin mərkəzdə gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edildikləri də qeyd olunub.

Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da olub. Nümayəndə heyətinə mərkəzin fəaliyyəti, ölkəmizdə yaradılmış müasir sığorta-pensiya sistemi, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə dolğun məlumatlar verilib. Hazırda respublikamızda 1,3 milyondan çox insanın pensiya ilə təmin edildiyi, son 12 ildə pensiyaların orta aylıq məbləğinin 10,3 dəfədən çox artırıldığı, pensiyaların orta aylıq məbləğinin yoxsulluq həddini iki dəfəyə yaxın üstələdiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

® “AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib