DÜNYA


Tailandda sutka ərzində azı 14 partlayış baş verib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Tailandın 6 vilayətində sutka ərzində azı 14 partlayış baş verib. Bu barədə yerli hüquq mühafizə orqanları məlumat yayıb. Səhiyyə Nazirliyi partlayışlar nəticəsində 4 nəfərin həlak olduğunu, 35 nəfərin yaralandığını bildirib.

Cinayətkarların partlayışlar üçün avqustun 12-ni məqsədyönlü şəkildə seçdikləri ehtimal edilir. Belə ki, bu gün Tailandda ana günü və Kraliça Sirikitin doğum günü qeyd olunur. Partlayışlar məhz yerli əhalinin bu günü qeyd etmək üçün dəniz kənarına axışdığı zaman törədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.