MƏDƏNİYYƏT


Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”də redaktor, “Azərnəşr”də redaktor, böyük redaktor, “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

İ.Tapdıq 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.