ELM VƏ TEXNOLOGİYA


Tarix Muzeyi X-XII əsrlərə aid qızıl bilərzik fraqmentini əldə edib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Qədim zamanlardan qiymətli faydalı qazıntılarla zəngin olan Azərbaycan torpağı tarixən bu ərazidə sənətkarlığın inkişafına böyük imkanlar açıb. Bu gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal qiymətli metal nümunələri də şahidlik edir. Müəyyənləşdirilib ki, Azərbaycanda zərgərlik hələ ilk orta əsrlərdən inkişaf edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi zərif zinət əşyası - qızıl bilərzik fraqmenti əldə edib. Bu qiymətli metal 2010-cu ildə Şəmkir arxeoloji ekspedisiyası tərəfindən çöl-tədqiqat mövsümündə qazıntılar zamanı tapılıb.

Ekspedisiyanın rəisi, tarix elmləri doktoru Tarix Dostiyev bu eksponatın təxminən X-XII əsrlərə aid olduğunu bildirib. Qızıl bilərzik fraqmentinin çəkisi 0,7 qramdır. Tarixi əhəmiyyətə malik bu zinət əşyası muzeyin xüsusi fonduna təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.