MƏDƏNİYYƏT


Tbilisidə “Bahar rəngləri” adlı sərgi açılıb

Tbilisi, 18 mart, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Bahar rəngləri” adlı sərgi açılıb.

Novruz bayramına həsr olunmuş sərgidə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, xüsusən də Novruz bayramını əks etdirən maddi və mənəvi mədəniyyət nümunələri tədbirə gələnlərin ruhunu oxşayıb.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək, səfir Dursun Həsənovun adından iştirakçıları təbrik edib, Novruz bayramı barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, baharın gəlişini bildirən Novruz bayramı dostluq, bərabərlik, bərəkət bayramıdır.

Sonra Gürcüstan mədəniyyət nazirinin müşaviri Qeorqi Qeqeçqoriya, Üzümçülük Fondunun prezidenti Stepan Asetiani, Ağsaqqallar Şurasinin sədri İsaq Novruzov və başqaları çıxış edərək xalqımızı Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələrindən danışıblar.

Sonra Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi, Əməkdar Müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə çıxış edib.

Sərgi Gürcüstanın Mədəniyyət Nazirliyinin, Azərbaycanın bu ölkədəki səfirliyinin və SOCAR-ın dəstəyi ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.