Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Təbiəti sevək, qoruyaq və qayğısına qalaq!

Bakı, 5 iyun, AZƏRTAC

Hər il iyunun 5-də ətraf mühit problemləri haqqında əhalinin maarifləndirməsi və təbiətin qorunması üçün fəaliyyətin gücləndirilməsi məqsədilə keçirilən Ümumdünya Ətraf Mühit Gününün builki mövzusu “İnsanlarla təbiəti qovuşduraq” adlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “IDEA” İctimai Birliyi birgə təşəbbüs göstəriblər. Onların birgə təşkilatçılığı ilə ölkəmizin ilk etno-ekoloji və arxeoloji qoruğu olan Qala Dövlət Tarix-Etnoqrafiya Muzeyində tədbir keçirilib. Bu muzey kompleksinə təsərrüfat (qoyunçuluq, taxılçılıq, meyvəçilik), ənənəvi sənət (xalçaçılıq və keçəçilik), eləcə də təbii qida və sənətkarlıq emalatxanaları daxildir.

Tədbirdə BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 7-10 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi üçün çəkilmiş şəkillərdən ibarət sərgi təşkil edilib. “Ətraf mühit və insan sağlamlığına məişət tullantılarının mənfi təsirini azaldaq” mövzusunda rəsm müsabiqəsi uşaqlara, müəllimlərə və valideynlərə məsuliyyətsiz istehsal və istehlakın təbiət və insan sağlamlığına mənfi təsirlərini daha dərindən anlatmaq məqsədi ilə təşkil edilib.

BMT-nin rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai xatırladıb ki, Ümumdünya Ətraf Mühit Günü 1974-cü ildən etibarən qeyd edilir. “Bu tarix dünya ictimaiyyətini ətraf mühit məsələləri barədə məlumatlandırmaq üçün istifadə edilən bir vasitədir. Ümumdünya Ətraf Mühit Gününün builki mövzusu uşaqlara da yaxındır və şadam ki, onlar bu günü bizimlə birlikdə qeyd edirlər. Onların ətraf mühitin qorunmasında böyük rolu var. Vaxtilə bizə həvalə olunmuş dünyanı biz də gələcək nəsillərə ötürəcəyik. Bu mənada uşaqların ətraf mühitlə bağlı məsələlər haqqında məlumatlandırılması son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, uşaqlar hazırda ətraf mühitlə bağlı məsələlərdə çox həssas və məlumatlıdırlar. Məsələn, mən əlimdəki kağızı təsadüfən yerə atanda, yaxud ərzaq məhsullarını israf edəndə 12 yaşlı kiçik qızım məni buna görə tənbeh edir və deyir ki, mən bu zibili qutuya atmalıyam, yaxud ərzaqdan istifadə edərkən ətrafımdakı insanları da fikirləşməliyəm”, - deyə Qulam İshaqzai qeyd edib.

Müsabiqədə uşaqların çox fəal iştirakını vurğulayan Q.İshaqzai təqdim edilən rəsmlərdə onların öz fikirlərini düzgün ifadə etdiklərini bildirib. O, BMT-nin baş katibi Antoniu Quterrişin Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətini də yığcam şəkildə diqqətə çatdırıb. Qeyd edib ki, ətraf mühit sağlam olmasa, yoxsulluq aradan qaldırıla bilməz, insanların xoşbəxt həyatı, rifahı təmin olunmaz. Biz hər birimiz yaşadığımız bu dünyanı qorumaq üçün özümüzə görə töhfə verə bilərik. Məsələn, daha az plastik qablardan istifadə edər, daha az maşın sürər, ərzaq məhsullarından israfla istifadəni xeyli azalda bilərik. Hər birimiz başqalarına ətraf mühitə qayğı ilə yanaşmanı öyrədə bilərik.

Qulam İshaqzai ətraf mühitin qorunması, eləcə də dayanıqlı inkişaf məsələsi baxımından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, bu tədbirin Qala Dövlət Tarix-Etnoqrafiya Muzeyində təşkili təsadüfi deyil. Məhz bu ərazidə tullantıların təkrar emal olunaraq faydalı əşyalara çevrildiyi nümayiş etdirilib.

Planetimizin qorunmasında gənclərin böyük potensialının və mühüm rolunun olduğunu vurğulayıb. “Uşaqlar təbii olaraq ətraf mühiti qorumağa meyillidirlər. Onlar ağac əkmək, təmizlik işləri aparmaq, heyvanların qayğısına qalmaq üçün öz vaxtlarını və səylərini sərf etməyə hazırdırlar”, - deyən Qulam İshaqzai uşaqların davranışının dəyişməsində məktəb təhsilinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov uşaqlara müraciətlə deyib: “Sizin çəkdiyiniz şəkillərə baxdım. Çox mənalı şəkillər çəkmisiniz. Görünür ki, Azərbaycanın təbiətini çox sevirsiniz, ona qayğı ilə yanaşırsınız. Elə də davam edin. Valideynlərinizə, qonşularınıza, tanıdıqlarınıza imkan verməyin ki, maşın gedə-gedə hansısa zibil tullantısını pəncərədən bayıra atsın, hansısa kağız parçasını hara gəldi tullasın. Azərbaycan bizim Vətənimizdir, onu sevmək və qorumaq lazımdır. Vətənimizin təbiətini də qorumaq bizim borcumuzdur”.

H.Bağırov qeyd edib ki, ətraf mühitin təmiz saxlanması ilə bağlı uşaqların təkidli müraciəti çox yaxşı effekt verəcək. Bu gün Azərbaycan haqqında təsəvvür təkcə burada yaşayan insanlarla bağlı deyil. Ölkəmizin çölləri, dağları, qayaları, dənizi, ceyranları, bir sözlə, təbii mühiti də bu təsəvvürü formalaşdırır. “Bizim təbiətimiz, onun bitkiləri, ağacları, otları, quşları, həşəratları, heyvanları yaşamalıdır. Əziz uşaqlar, bu, sizdən də asılı olacaq. Düzdür, bizdən lap çox asılıdır ki, siz böyüyənə qədər bunları salamat şəkildə sizə çatdıraq. Amma siz də buna hazır olun”.

Qeyd edək ki, müsabiqəyə bir ay ərzində ümumilikdə 120-dən çox şəkil daxil olub. Yeddi nəfərdən ibarət münsiflər heyəti şəkillərin arasından ən yaxşılarını seçib. Rəsm müsabiqəsinin iştirakçıları beş yaş qrupunda mükafatlandırılıblar, həmçinin həvəsləndirici mükafatlar təqdim edilib.

Tədbirdə uşaq rəsm müsabiqəsinin iştirakçılarının qaliblərinə mükafatlar verilib.

Sonda xatirə şəkli çəkdirilib. Müsabiqə iştirakçıları üçün lanç və əyləncə proqramı təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub