CƏMİYYƏT


“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində İsmayıllı rayonunun Sumağallı kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiə Planına uyğun olaraq, təxliyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilib.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, tədbiridə layihənin koordinatoru Elşən Səlimzadə təlimin əhəmiyyətindən bəhs edərək fövqəladə hallar zamanı şagird və müəllim heyətinin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyindən danışıb.

Simulyasiya planına uyğun olaraq həyəcan siqnalından sonra şagirdlər məktəb binasından təxliyə edilib. Xəsarət alan şagirdlərə ilk yardım göstərilib.

Təlimin sonunda tədbirdə iştirak edən müəllimlər və yuxarı sinif şagirdləri fərqləndiklərinə görə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.