CƏMİYYƏT
Tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, onların dünyagörüşünü artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışda rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən ibarət doqquz komanda iştirak edib. Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin komandaları müvafiq olaraq ilk üç yeri tutublar.
Qalib komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.