CƏMİYYƏT


Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başa çatıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC 

Avqustun 10-dan sentyabrın 5-dək tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənəd qəbulu həyata keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, artıq tələbələrin “transfer.edu.az” elektron portalı vasitəsilə qeydiyyatı başa çatıb. Bu müddətdə 1061 tələbə portala müraciət edib. Onlardan 239 nəfəri köçürülmək istədikləri universitetləri seçərək sorğularını təsdiqləyib, 51 tələbə isə sorğusundan imtina edib. 188 tələbənin 108-i yerli ali təhsil müəssisələrindən, 80-i isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

Qeyd edək ki, təhsil nazirinin “Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə” əmrinə əsasən, bu il ilk dəfə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin “transfer.edu.az” elektron portalı vasitəsilə həyata keçirilməyə başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.