İDMAN


“Telekom”-“Ximik” voleybol oyununun hakimləri müəyyənləşib

Bakı, 17 dekabr, AZƏRTAC

Gələn il yanvarın 10-da Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.