İDMAN


“Terespol-Zirvə” klubunun atletləri Polşa birinciliyində fərqləniblər

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Bilqoray şəhərində 15 yaşadək idmançılar arasında ağır atletika üzrə Polşa birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, iki yüzə yaxın idmançının iştirak etdiyi yarışda “Terespol-Zirvə” klubunun nümayəndələri də mübarizə aparıblar.

Baş məşqçi Marek Zielonkanın rəhbərliyi altında gənc atletlərimiz yarışda uğurla çıxış ediblər.

Oğlanların yarışında 45 kiloqram çəki dərəcəsində çıxış edən Lazuqa Konrad bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 114 kiloqram (49+65) nəticə ilə qızıl medal əldə edib.

Qızların mübarizəsində Aqneşka Xomyuk (58 kq) 127 kiloqram (57+70) nəticə ilə bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.