REGİONLAR


Tərtərdə yeni ailə quran gənclər nikah mərasimini Heydər Əliyev Mərkəzində keçiriblər

A+ A

Tərtər, 12 iyul, AZƏRTAC

Yeni ailə quran gənclərin nikahlarının Heydər Əliyev mərkəzlərində bağlanması artıq ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, növbəti belə mərasim Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Nikah mərasimindən əvvəl yeni ailə quran Yevlax şəhər sakini Orxan Məmmədovla Tərtər rayon Bala Kəngərli kənd sakini Şəbnəm Qasımlı ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Yeni ailə quranlar və onların doğmaları bu günün onlar üçün əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.

Evlənən cütlüklərə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.