REGİONLAR


Tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi naminə əzmlə çalışırlar VİDEO

A+ A

Tərtər, 7 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri gündən-günə gözəlləşir, müasirləşir.

AZƏRTAC xəbər verir ki, cari ildə Tərtər şəhərində çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunub, fasad hissələri və giriş blokları suvanaraq rənglənib. Şəhərin E.Hüseynov və Nizami küçələri yenidən qurulub. Yeni salınmış nümunəvi məhəllələrdə iki idman meydançası tikilərək istifadəyə verilib. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarında və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və kənd təsərrüfatı idarəsi üçün yeni binaların, 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin tikintisi, erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində rayonda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası başa çatıb.

Hazırda tarix-diyarşünaslıq muzeyinin və Tərtər çayı üzərində yeni körpünün tikintisi uğurla davam etdirilir. Şəhərin küçələrinə asfalt örtük salınır, səki daşları düzülür, kommunikasiya xətləri qaydaya qoyulur, istinad divarlarında bərpa işləri aparılır. Küçədəki elektirik dirəkləri və xətləri dəyişdirilir, müasir gecə işıqlandırılması sistemi quraşdırılır. Yolkənarı yaşıllıqlara qulluq edilir, yeni ağaclar əkilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.