DÜNYA
Tokio administrasiyası Olimpiadaya hazırlıq çərçivəsində robot-poliqlotları sınaqdan keçirir
Tokio, 8 noyabr, AZƏRTAC
Bir neçə dildə danışan robot-poliqlotlar Tokio paytaxt administrasiyasına məxsus binada ziyarətçiləri salamlayacaq.
AZƏRTAC xəbər verir ki, həmin robotlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı istifadə edilmək üçün həmin binada yerləşdiriləcək.
Sınaqlar, həmçinin Tokionun hakimiyyət orqanları tərəfindən ölkəyə gələn turistlərin robotlardan istifadəsi üçün bu cür texnikanın hazırlanmasını sürətləndirmək məqsədilə aparılır.
Beş müxtəlif tipdə olacaq həmin robotlar paytaxt administrasiyasının Şinguku stansiyası yaxınlığındakı binasında noyabrın 13-dən gələn ilin fevralınadək quraşdırılacaq.
Bu robotların bir neçə dildə, o cümlədən yapon, ingilis, Çin və Koreya dillərində danışacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio