CƏMİYYƏT


“Tullantısız, təmiz ətraf mühit!” layihəsinə start verilib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Şabran rayonunda “Tullantısız, təmiz ətraf mühit!” layihəsinə start verilib. Üç ay davam edəcək layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Pirverdiyev Qadir Şakir oğlu tərəfindən Fondun dəstəyi ilə reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd gəncləri ətraf mühitin tullantılardan təmizlənməsi üçün maarifləndirmək və onların bu sahədə rolunu artırmaqdır.

Qadir Pirverdiyev bildirib ki, layihə çərçivəsində Şabran rayonunda fəaliyyət göstərən peşə və orta məktəblərin şagirdləri ətraf mühit haqqında biliklərini inkişaf etdirmək üçün layihəyə cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.