İQTİSADİYYAT
“TuranBank” sosial fəaliyyət sahəsində qabaqcıl təcrübəni tətbiq edəcək
Bakı, 13 noyabr, AZƏRTAC
“TuranBank” Polşanın SP Fondunun və Azərbaycan Mikromaliyyə Assosiasiyasının əməkdaşlarının iştirakı ilə özünün "SPI4" (sosial fəaliyyət indeksi) qiymətləndirilməsini aparmaq üçün sosial audit keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “TuranBank”ın öz müştərilərinə, işçilərinə, cəmiyyətə və həmçinin ətraf mühitə qarşı nə dərəcədə sosial məsuliyyətli olması aydınlaşdırılıb, "Korporativ Sosial Məsuliyyət", "Biznes etika" və digər istiqamətlərdə mövcud siyasət və qaydalara nə dərəcədə əməl edilməsi yoxlanılıb.
Qiymətləndirmənin nəticələri əsasında bank üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulub. Adıçəkilən layihənin əsas məqsədi bankın sosial fəaliyyətini qabaqcıl təcrübələrin tətbiqi ilə inkişaf etdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]