DÜNYA


Türkiyə Prezidenti: Xalqımız terrorçuluğa qarşı birlikdə mübarizə aparmalıdır

A+ A

İstanbul, 21 avqust, AZƏRTAC 

Avqustun 20-də Türkiyənin Qaziantep şəhərinin Şahinbəy rayonunun Beybahçə məhəlləsində açıq havada keçirilən toy mərasimində törədilən partlayışı 12-14 yaşlarında terrorçu-kamikadze həyata keçirib.

İlkin ehtimala görə, bu terror aktının İŞİD tərəfindən törədildiyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, həlak olanların sayı 51 nəfərə çatıb. Hazırda xəstəxanalarda 69 yaralı müalicə olunur. Onlardan 17-nin vəziyyəti ağırdır. Dövlət başçısı vurğulayıb ki, Türkiyə terrorçuluğa qarşı mübarizədə qətiyyətlidir və terrorçu təşkilatlara, o cümlədən FETÖ, İŞİD, PKK, PYD və digərlərinə münasibəti dəyişməz olaraq qalır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.