İDMAN


UEFA Avropa Liqasında Azərbaycan klublarının rəqibləri müəyyənləşib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, püşk nəticəsində Azərbaycan klublarının da potensial rəqibləri müəyyənləşib.

“Qəbələ” komandası Macarıstan MTK-sına qalib gələcəyi halda Fransanın “Lill” komandası ilə üz-üzə gələcək. “Neftçi” komandası “Şkendiya” (Makedoniya) səddini keçə bilsə Çexiyanın “Mlada Boleslav” kollektivini ilə qarşılaşacaq. “Kəpəz” isə Avstriyanın “Admira” kollektivini mübarizədən kənarlaşdıra bilsə, Çexiyanın “Slovan” (Liberets) komandası ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.