CƏMİYYƏT


UNICEF: Münaqişə və zorakılıqdan xilas olmaq üçün 28 milyon uşaq öz doğma yerlərini tərk edib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Milyonlarla uşaq daha firavan və təhlükəsiz həyat məqsədilə, yaxud münaqişə və zorakılıq üzündən doğma yurdlarından qaçmağa məcbur olur. Onların çoxu bu yolda ərzaq və su problemi, insan alverçilərinin əlinə düşmək təhlükəsi ilə üzləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yeni hesabatında bildirilib.

Qlobal səviyyədə öz doğma torpaqlarını təxminən 50 milyona yaxın uşaq tərk edib. Onlardan 28 milyonu münaqişə və zorakılıqdan xilas olmaq üçün qaçıb, 10 milyonu qaçqın düşüb, təxminən bir milyonu sığınacaq axtaranlar, 17 milyonu isə öz ölkələri daxilində məcburi köçkün olanlardır. Bu uşaqların beynəlxalq birliyin yardımına ehtiyacı var. Onlar dünyada bütün qaçqınların yarısını təşkil edir. 2015-ci ildə bütün qaçqın uşaqların 45 faizi Suriyadan və Əfqanıstandan olub.

Hesabatda bildirilir ki, uşaqlar tez-tez valideynlərinin və ya digər yaşlı qohumlarının müşayiəti olmadan xaricə göndərilirlər. Ötən il 100 min belə tənha uşaq dünyanın 78 ölkəsində sığınacaq istəyib. Bu, 2014-cü ilə nisbətən üç dəfə çoxdur. Belə uşaqlar böyüklərin müdafiəsi olmadan çox asanlıqla insan alverçilərinin əlinə düşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.