CƏMİYYƏT


Ukraynanın Truskoves şəhərinin meri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Ukraynanın Truskoves şəhərinin meri Andrey Kulçinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub. Fondun sədri Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 24 ildən çox təcrübəyə malik olduğunu bildirib və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu merin diqqətinə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Qonaq, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit” MMC-nin fəaliyyəti ilə yaxından tanış olub. Tərəflər bu görüşün əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.