Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Hərbi Prokurorluqda qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müstəqilliyə gələn yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanıb.

Bildirilib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir təsisat kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Müstəqilliyimizin bərpası məhz bu dövrdə Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün özünə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bəyanatla çıxış edib xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edəndə, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı başda M.Qorbaçov olmaqla SSRİ rəhbərliyinin siyasətini tənqid edəndə də əbədiyaşar liderimizə güc, qüvvət verən xalqına bağlılığı, torpağına, elinə, obasına sonsuz məhəbbəti olub.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və müstəqil respublikamızın üçrəngli bayrağının muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi respublikanın qarşısında duran siyasi-hüquqi maneələrin aradan qaldırılmasına şərait yaradıb. Beləliklə də müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanılıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli daxili və xarici siyasətinin nəticəsi olaraq həmin vaxt blokada və ağır böhran vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının əhalisi böhran vəziyyətindən tamamilə çıxarılıb.

X.Vəliyev xüsusilə vurğulayıb ki, dahi lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqilliyimiz tarixində böyük bir faciənin qarşısını aldı. Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, respublikamızın cənub və şimal-şərqində separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin etmək məqsədilə cəbhədə atəşkəsə nail olundu. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.

Respublikamızın müstəqillik tarixinə nəzər salan X.Vəliyev müstəqillik illərində əldə olunmuş uğurların ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, müstəqilliyin qorunub saxlanmasında onun xidmətlərinin əvəzsizliyini vurğulayayıb. Hərbi prokuror ərazi baxımından kiçik dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu, Heydər Əliyevin fəaliyyətinin və şəxsiyyətinin müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsini təşkil etdiyini bildirib. Məhz xalqımızın Ulu Öndərin yoluna sadiqliyi və bu gün həmin yolun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətə tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurlarının təməlini təşkil etdiyini deyən X.Vəliyev xalqımızın Heydər Əliyev yoluna, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamının əbədi və dönməz olduğunu bildirib.

X.Vəliyev çıxışında ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradıldığını, Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd edib. Dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulayan X.Vəliyev bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü, prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malik olduğunu, məhz həmin proqramın icrası nəticəsində Azərbaycan Prokurorluğunun tarixində yeni, hərtərəfli müasirləşmə dövrünün əsasının qoyulduğunu, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirildiyini qeyd edib.

Çıxışda digər hüquq-mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanıb.

Ölkəmizdə aparılan ordu quruculuğu məsələlərinə toxunan X.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün etibarlı qorunmasının təmin edilməsində onun güclü orduya qadir olmasını hələ sovet hakimiyyəti dövründə uzaqgörənliklə nəzərə alan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin nəticəsi olaraq, 1971-ci ildə ali hərbi məktəbləri ixtisaslı kadr korpusu ilə təmin edən Cəmşid Naxçıvanski adına hərbi lisey təsis olunub. Azərbaycanda hakimiyyətə qayıdışından sonra Ulu Öndərin Prezident və Ali Baş Komandan kimi gördüyü qətiyyətli tədbirlər nəticəsində qısa zaman kəsiyində respublikamızın təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi konstitusion məqsədlərlə yaradılmış və dövlətin ən mühüm milli atributlarından olan Silahlı Qüvvələrimizin tamamilə yenidən qurularaq, əvvəlki hakimiyyətin səriştəsizliyi üzündən ayrı-ayrı başıpozuq silahlı dəstələr kimi müxtəlif siyasi ambisiyaların həyata keçirilməsi üçün bir alət kimi istifadə olunan silahlı qruplardan müasir tipli, qüdrətli, yüksək döyüş qabiliyyətli və regionda ən güclü orduya çevrilib. X.Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizdə ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirildiyini, onun yeni və müasir silahlarla təchiz olunması məsələlərinə daim qayğı göstərildiyi qeyd edilib. Hərbi prokuror bu qayğı və diqqətin nəticəsi olaraq bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilərək Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı düşməndən azad etmək qüdrətinə malik olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə olunmuş nailiyyətlərdən söhbət açan X.Vəliyev bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb. Qeyd edib ki, xanım Mehriban Əliyevanın uzun illər ərzində ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, xalqımızın maddi rifahının yaxşılaşdırılması, dövlətçiliyimizin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində gərgin, yorulmaz və dəyərli ictimai-siyasi fəaliyyəti bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına öz layiqli töhfəsini verməklə yanaşı, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayıb. Görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə gördüyü işlərin, həmçinin Ulu Öndərin siyasi irsinin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu əvəzsizdir.

Çıxışının sonunda X.Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəcək.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan filmin nümayişi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır