SİYASƏT
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.