MƏDƏNİYYƏT


Ümumrusiya Kinematoqrafiya Universitetinə sənədlərin qəbulu davam edir

Bakı, 11 may, AZƏRTAC

Ümumrusiya Kinematoqrafiya Universiteti ilə aparılmış danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə rus dilində bakalavr təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

Daha hazırlıqlı namizədləri müəyyən edib, onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, abituriyentlərin sənədləri rus dilində iyunun 15-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur. Hər bir ixtisas üzrə lazım olan sənədlərin siyahısı ilə www.vgik.info internet səhifəsində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.