Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Universitetdə “Gənclərin peşə seçiminin gender aspektləri” mövzusunda konfrans

Bakı, 3 mart, Elvira Məmmədova, AZƏRTAC

Martın 3-də Azərbaycan Texniki Universiteti (AzTU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQPUDK), Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə “Gənclərin peşə seçiminin gender aspektləri” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov mövzunun aktuallığından, əhəmiyyətindən danışıb. Rektor ulu öndər Heydər Əliyevin yaratdığı Komitənin ölkəmizdə gördüyü işləri yüksək qiymətləndirib. Bildirilib ki, ölkəmizdə qadınlar dövlət və hökumət strukturlarında, eləcə də elm və təhsil sahələrində aparıcı mütəxəssis kimi fəaliyyət göstərirlər. Hazırda AzTU-da təhsil alan tələbələrin də 25 faizini qızlar təşkil edir. Bu göstərici universitetin tarixində ilk dəfə qeydə alınıb.

AQUPDK-nın sədri Hicran Hüseynova cəmiyyətdə qadınların rolundan, rəhbərlik etdiyi qurumun bu sahədə gördüyü işlərdən söz açıb. Bildirilib ki, bu günlərdə ölkəmiz BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasının beşinci dövri hesabatını verib. Hesabatda müzakirə olunan məsələlərin sırasında qızların təhsil alması da var. Azərbaycan 20 il bundan əvvəl Pekin Platformasına qoşulub və 12 istiqamət üzrə öhdəlik götürüb ki, onlardan biri də qız və qadınların təhsil almaları üçün bərabər imkanların yaradılmasıdır.

Vurğulanıb ki, Azərbaycanda qadınların hüquqları hər zaman öndə olub. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb də 122 il bundan əvvəl Bakıda açılıb. Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən 97 il ötür. Müasir dövrdə qadın hərəkatının geniş vüsət alması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ən çətin və mürəkkəb zamanda belə Ulu Öndər qadınların sosial-ictimai həyatda iştirakına diqqət yetirirdi. Bu gün isə dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində seçilən kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar.

H.Hüseynova bildirib ki, bütün bunlarla yanaşı, bizi narahat edən məsələ qızların təhsilinin davam etdirilməsi, xüsusilə onların peşə və ixtisas seçimlərində gender balansının təmin olunmasıdır. Ölkə rəhbərliyi və bütün dövlət qurumları gənclərimizin inkişafı, onların özlərini təsdiq etmələri üçün bütün imkanları yaradır. Bu, dövlət başçısının imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında aydın göstərilib. Həmin sənəddə əsas məsələlərdən biri də qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində aparılan işin daha gücləndirilməsidir.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, gender müxtəlifliyi təhsilalma prosesində təsirini göstərir. Təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir. Oğlanlar adətən daha çox təbiət, texniki, humanitar fənlərə, qızlar isə daha çox humanitar fənlərə və tibb sahəsinə meyillidirlər. Son illər texniki profilli təhsil müəssisələrində qızların sayı artmaqdadır. Pedaqoji ali təhsil müəssisələrində qızların sayı daha çoxdur. Lakin peşə təhsilində bu tendensiya fərqlidir və peşə təhsilində qızların sayı təxminən 23 faizdir. Bu onu göstərir ki, peşə təhsilinə qızların meyli daha azdır. Hazırda Təhsil Nazirliyi texniki peşə təhsilinin inkişafı ilə bağlı yeni dövlət proqramı hazırlayır, bu proqrama əsasən texniki peşə məktəblərinin səviyyəsi müasir tələblərə cavab verən səviyyəyə çatdırılmalıdır. Nazirlik gender məsələləri ilə bağlı ali və orta təhsil müəssislərində davamlı maarifləndirmə işləri aparır.

TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, təhsil kişilərlə qadınların hüquq bərabərliyini təmin edən təməldir. TQDK 1992-ci ildən qəbul imtahanları keçirir. 1996-cı ildən başlayaraq komissiyanın elmi-statistik araşdırmalarında gender aspektləri nəzərə alınır. TQDK tərəfindən aparılan bütün işlər təkcə Komissiyanın fəaliyyətinə təsir göstərmir. Toplanılan məlumat bazalarından, həyata keçirilən elmi-statistik araşdırmaların nəticələrindən bütün ictimaiyyətin faydalanması üçün imkanlar yaradılır. M.Abbaszadə ali təhsilin bakalavriat, magistratura, rezidentura səviyyələrinə tələbə qəbulu və buraxılış imtahanlarının gender aspektləri, oğlanların və qızların qəbul və buraxılış imtahanlarında nümayiş etdirdikləri bilik və bacarığın səviyyələri, test tapşırıqlarına cavablarının nəticələri, topladıqları balların paylanma histoqramları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri və s. barədə bir sıra məlumat və statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

TQDK -nın sədri bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97 min 362 abituriyent ərizə verib. Onların 52.43 faizi oğlan, 47.57 faizi isə qız olub. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub.

Konfransda gənclərin peşə seçimində problemlər, məşğulluq, gənclərin idmanda, sosial həyatda inkişafı və digər mövzularda müzakirələr aparılıb, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib