CƏMİYYƏT


Uşaqlar valideynlərin təqsiri üzündən kökəlirlər

Bakı, 17 yanvar, AZƏRTAC

Avstraliyanın Klinik Mərkəzində çalışan tədqiqatçıların fikrincə, uşaqlar valideynlərin təqsiri üzündən kökəlirlər. Həkimlər kompleks müşahidələr nəticəsində maraqlı qanunauyğunluq aşkar ediblər.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, müşahidələrin nəticələri “Psychological Science” jurnalında dərc olunub.

Tədqiqatçılar müşahidə ediblər ki, valideynlərin tosqun hesab etdiyi uşaqlar öz çəkilərinə tənqidi yanaşırlar. Gələcəkdə bu oğlan və qızlarda piylənmənin yüksək ehtimalı var. Eksperimentə Avstraliyadan 2823 ailə cəlb edilib.

Həkimlər bildiriblər ki, ana və atalar öz sözlərində daha nəzakətli və təmkinli olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.