MƏDƏNİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti

Bakı, 31 may, AZƏRTAC

Heydər Əliyev Sarayında 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib. Konsert Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə baş tutub.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertin təşkilində məqsəd gənc və istedadlı uşaqların yaradıcı potensiallarının üzə çıxarılması olub.

Konsertdə idarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərinin iştirakı ilə möhtəşəm proqramı təqdim olunub. Həmçinin Bakı incəsənət məktəblərində təhsil alan istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert yüksək bayram əhvali-ruhiyyəsində keçib və uşaqlara sevinc bəxş edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.