SİYASƏT


V Konqresin ikinci sessiyası: Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları VİDEO

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16–da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları” mövzusunda ikinci sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN müzakirə olunan mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb.

Sessiyada çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park NO-HVANQ, Avstraliyanın AAP agentliyinin baş redaktoru Toni GİLLİES, Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Peter Klifton, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi müasir dövrdə xəbərin hazırlanması qaydalarından söz açıblar. Diqqətə çatdırılıb ki, informasiyanın istifadəçilərin marağı ilə üst-üstə düşməsi üçün yeni xəbər formalarından istifadə olduqca vacibdir. Bu məsələdə xəbər agentliklərinin üzərinə məsuliyyətli vəzifə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.