Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Varşava sammiti: Cənubi Qafqaz münaqişələrinə münasibətin konkret ifadəsi

Varşava sammiti: Cənubi Qafqaz münaqişələrinə münasibətin konkret ifadəsi

Dünya ictimaiyyətinin diqqəti iyulun 8-9 tarixlərində Polşanın paytaxtına yönəlmişdi. Burada NATO-nun növbəti sammiti keçirilib. Tədbirdə 18 dövlət başçısı və 21 baş nazir iştirak edib. Şimali Atlantika Alyansı müasir qlobal təhlükəsizlik üçün aktual olan məsələləri müzakirə edib. Bu hərbi bloka daxil olan dövlətlər vahid mövqe nümayiş etdiriblər. Onlar hazırkı təhlükələr barədə ortaq fikir birliyində olublar ki, bu da yekun bəyannamədə öz əksini tapıb. Tədbirdə NATO-nun dünyanın müxtəlif regionlarında mövcud olan münaqişələrin həllinə də münasibəti bildirilib. Ayrıca paraqrafda isə təşkilatın Cənubi Qafqazdakı münaqişələrə yanaşması yer alıb. Region dövlətlərinin ərazi bütövlüyünün təmin edilməsinə xüsusi yer verilib. Sammitdə çıxış edən Azərbaycan Prezidenti növbəti dəfə ədalətli və həqiqəti əks etdirən mövqe nümayiş etdirib. Ermənistan rəhbəri isə əsassız fikirləri və saxta ittihamları ilə yadda qalıb. Bütövlükdə götürdükdə, Varşava sammiti Azərbaycanın haqlı mövqe tutduğunu bir daha təsdiqləmiş oldu. Ancaq bir sıra incə məqamlar var ki, onlar üzərində geniş dayanmaq gərəkdir.

Ümumi prinsiplər: Yekun sənəddə Dağlıq Qarabağ məsələsinə baxış

NATO-nun Varşava sammitinə ekspertlər yüksək əhəmiyyət verir, Şimali Atlantika Alyansı üçün bu tədbirin bir çox aspektlərdə həlledici olduğunu hesab edirdilər. Təşkilata daxil olan böyük dövlətlər də (daha çox ABŞ) bütövlükdə Qərb üçün aktual olan hərbi-siyasi və geosiyasi problemlərə konkret münasibətin ifadə ediləcəyini gözləyirdi. Bu ümidlər özünü doğrultdu.

Polşanın paytaxtında NATO-ya üzv olan bütün dövlətlər vahid mövqe nümayiş etdirdilər. Böyük Britaniyanın baş naziri Devid Kemeron bundan heyrətləndiyini açıq bildirib. O, üzv ölkələrin prinsipial məsələlərdə tamamilə eyni mövqedə olduqlarını görməkdən çox sevindiyini deyib. Sammitin işi də həmin ruhda davam edib. İştirakçılar birgə bəyannamə qəbul ediblər. Bəyannamədə müasir dünyada cərəyan edən əsas geosiyasi-hərbi tendensiyalar və onlara NATO-nun münasibəti ifadə edilib (bax: Warsaw Summit Communiqué / "nato.int", 9 iyul 2016).

NATO qəbul etdiyi yekun sənədində bir daha təsdiq edib ki, kollektiv müdafiə, böhranların idarə edilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq prioritet istiqamətlər olaraq qalır (bax: əvvəlki mənbə, 2-ci paraqraf). Təşkilat üçün təhlükəsizliyin təmini önəm daşıyır. Bu kontekstdə Şərqi Avropa məsələsinə, o cümlədən Ukrayna böhranına ciddi əhəmiyyət verilir. Həmin müstəvidə Rusiya təhlükə mənbəyi kimi qəbul edilir. Moskva isə bununla qətiyyən razılaşmır və bunu "uydurma mənzərə" adlandırır (bax: НАТО: "агрессивная Россия" как смысл существования / "expert.ru", 10 iyul 2016).

Hər bir halda, Şimali Atlantika Alyansı dünyanın qlobal geosiyasi və təhlükəsizlik məsələləri ilə bağlı öz iradəsini ortaya qoyub, qarşıda duran vəzifələri həyata keçirmək üçün fəaliyyət göstərəcək. Bu kontekstdə sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar səslənən fikirlər və gəlinən qərarlar maraq doğurur. Şübhə yoxdur ki, dünyanın ən güclü hərbi blokunun bu problemə münasibəti adi hal deyil.

Eyni zamanda, birbaşa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunda NATO-ya üzv olan bir neçə böyük dövlət yer tutur. Onlardan ikisi - ABŞ və Fransa isə Rusiya ilə bərabər həmsədr ölkələrdir. Deməli, Dağlıq Qarabağ məsələsində NATO-ya daxil olmayan Rusiyadan başqa digərləri faktiki olaraq Alyansın mövqeyini müdafiə etməlidirlər.

Reallıqda bunun belə olub-olmaması başqa mövzudur, biz, sadəcə, NATO-nun həmin münaqişə üçün ciddi əhəmiyyət daşıdığını vurğulamaq istərdik. Buna görə də Varşava sammitində Dağlıq Qarabağ haqqında səslənən fikirlər aktualdır. Məsələ həm də Ermənistan KİV-in NATO-nun Dağlıq Qarabağla bağlı mövqeyini təhrif etməyə çalışması ilə ayrıca önəm kəsb edir (bax: məs., Наира Айрумян. НАТО резко изменило отношение к карабахской проблеме / "lragir.am", 8 iyul 2016).

Ermənilərin təqdimatına görə, Şimali Atlantika Alyansı artıq ərazi bütövlüyünü ilk şərt kimi qəbul etmir və məsələni münaqişə tərəflərinin öz öhdəsinə atır. Bu "dəyişikliyin" də əsas səbəbi aprel müharibəsində Ermənistan ordusunun "qətiyyətli hərəkət etməsi, Azərbaycana irəliləməyə imkan verməməsidir"?! (bax: əvvəlki mənbəyə). Təbii ki, bunlar bizim üçün cəfəngiyatdır, onu, sadəcə olaraq, erməni KİV-in həqiqətləri necə həyasızcasına təhrif etdiyini sübut etmək üçün misal gətirdik. Və burada yalanın əsas mənbəyi Ermənistan rəhbərliyinin özüdür. Konkret olaraq, Serj Sarkisyan NATO-nun Varşava sammitində yenidən ağ yalanlar danışıb və Azərbaycan tərəfini ittiham etməyə çalışıb (bax: Серж Саркисян: Статус-кво изменится, если будет признана реализация права народа Нагорного Карабаха на самоопределение / "lragir.am", 9 iyul 2016).

Ermənistan prezidenti guya Azərbaycan rəhbəri İlham Əliyevin sammitdə münaqişə ilə bağlı ifadə etdiyi fikirləri təkzib etməyə cəhd göstərib. Bu, çox uğursuz və məntiqsiz alınıb. Çünki S.Sarksiyan həqiqətləri təhrif edib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üstündən sükutla keçərək, mövcud status-kvonu saxlamaq üçün "qan tökməməyin" lazım gəldiyindən dəm vurub. Yəni o, adəti üzrə məsələnin mahiyyətini gizlədərək yalançı humanizm haqqında danışıb, özünü sülh tərəfdarı kimi göstərməyə cəhd edib (bax: əvvəlki mənbəyə).

Azərbaycan Prezidenti isə həmişə olduğu kimi, həqiqəti ifadə edib. O deyib: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev NATO Sammiti çərçivəsində Əfqanıstanla bağlı sessiyada iştirak edib / AZƏRTAC, 9 iyul 2016).

Sonra dövlət başçısı iştirakçıların diqqətinə çatdırıb ki, Ermənistan 20 ildən artıqdır ki, "BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir". Status-kvo dəyişdirilməlidir ki, bu da "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir" (bax: əvvəlki mənbəyə).

Nəhayət, Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndirdiyini bəyan edib (bax: əvvəlki mənbəyə). Bu cümlələrin hər bir kəlməsi həqiqəti ifadə edir. Onlara necə etiraz etmək olar?

Sağlam düşüncəli insan, xüsusilə siyasətçi, qətiyyən bu işə girişməz. Çünki həqiqətə qarşı tutarlı arqument tapmaq mümkün deyildir. S.Sarkisyan da məhz bu səbəbdən həmişə çıxılmaz vəziyyətə düşür, dediklərinə heç kəs inanmır. Şübhə yoxdur ki, Varşavada da belə olub və sadəcə, etiket xatirinə ona "yalan danışma" deyilməyib.

Əslində, Ermənistan KİV-i S.Sarkisyanın saxta danışdığını açığa çıxarıb. Belə ki, onun Varşavadan sonra dərhal Dağlıq Qarabağa gedəcəyi və qoşunların hazırlıq vəziyyətini yoxlayacağı ilə bağlı ekspert rəyi verilib (bax: Айказн Гагриян. Сюрприз Сержа Саркисяна после Варшавы / "lragir.am", 9 iyul 2016).

Erməni liderin əsassız ittihamları: 24-cü paraqrafla uyğunsuzluq

Bütün bunların fonunda Varşava sammitinin yekun bəyannaməsinin 24-cü paraqrafında yazılanlar çox əhəmiyyətli görünür. Burada ifadə edilən fikirlər Azərbaycan Prezidentinin ədalətli və haqlı olduğunu, S.Sarkisyanın isə tam yalanını təsdiq edir. Həmin sənəddə aydın yazılıb ki:

- "biz bütün tərəfdaşlarımızın xarici siyasət üzrə müstəqil və suveren seçim etmək hüququnu tanıyırıq";

- "kənar təsirdən və məcburiyyətdən azad təhlükəsizlik siyasəti yeritmək hüququnu qəbul edirik";

- "biz əvvəlki kimi, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqillik və suverenliyinə dəstəyimizə sadiqik";

- "bununla bağlı biz Cənubi Qafqazda və Moldova Respublikasında olan münaqişələrin dinc yolla həllinə yönəlmiş cəhdləri dəstəkləməkdə davam edirik";

- bunlar "beynəlxalq hüququn, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının əsasında həyata keçirilməlidir";

- "biz bütün tərəfləri danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişənin sülh yolu ilə həlli üçün güclü siyasi iradə ilə konstruktiv əməkdaşlıq etməyə çağırırıq" (bax: Warsaw Summit Communiqué / "nato.int", 9 iyul 2016).

NATO-nun sənədində, təbii ki, yuxarıda vurğulananlar bir mətn daxilində verilib. Biz, erməni iddialarının tam yalan olduğunu sübut etmək üçün onları daha sadə hissələrə ayırdıq. Əslində, həmin hissələrdə təşkilatın qeyd olunan məsələlərə konkret münasibəti ifadə olunub. Onların da kökündə, ümumiyyətlə, Şimali Atlantika Alyansının müasir mərhələdə təhlükəsizlik probleminə konseptual yanaşması dayanır.

Yəni NATO Cənubi Qafqazdakı münaqişələrə münasibətini təsadüfi faktorlara görə deyil, özü üçün qəbul etdiyi prinsiplərə görə müəyyən edir. Bu aspektdə rəsmi İrəvanın real vəziyyəti təhrif etməsinin, Dağlıq Qarabağda gərginliyi saxlamağa çalışmasının səbəbləri aydındır. Bu məqamların hər biri üzərində ayrıca dayanmağa ehtiyac görürük.

Əvvəlcə yuxarıda ayırdığımız bəndlərə NATO-nun təhlükəsizliyin təmini məsələsinə prinsipial yanaşması fonunda nəzər salaq. Varşava bəyannaməsinin 5-ci paraqrafında aşağıdakılar vurğulanır.

NATO-nun sərhədləri boyu qeyri-sabitlik qövsü yaranıb. Burada təhlükəsizliyə təminat yoxdur. Buna görə də Alyans təhlükəsizliklə bağlı bir sıra problem və təhdidlərlə toqquşur. Həmin təhlükələr şərqdən və cənubdan, dövlət və qeyri-dövlət strukturlarından, terror, kiber və hibrid hücumlardan, Rusiyanın aqressiv davranışlarından qaynaqlanır. O cümlədən NATO ərazisinin periferiyasında Rusiya təxribatçı hərbi hərəkətlər edir ki, bu da Moskvanın güc tətbiqi və təhdidlər vasitəsi ilə siyasi nəticələr əldə etmək məqsədi güddüyünü təsdiqləyir.

Bütün bunlar regional sabitsizliyin mənbələridir və Alyansa köklü surətdə "əlcək atmaqdır". Özlüyündə belə bir vəziyyət həm Avro-Atlantik təhlükəsizliyə zərər vurur, həm də Qərbin azad və sülhpərvər Avropa qurmaq məqsədinə təhlükə kəsb edir. Daha sonra həmin paraqrafda qeyd edilir ki, NATO-nun təhlükəsizliyinə Yaxın Şərq və Şimali Afrikadakı proseslər təsir edir.

Bu regionlarda vəziyyət olduqca gərgindir. O cümlədən İŞİD terroru yüksək səviyyəyə qalxıb, NATO-nun müttəfiqlərinin ərazisinə daxil olur və indi beynəlxalq aləmə birbaşa təhlükə yaradır. Yaxın Şərq və Şimali Afrikada yaranmış bu vəziyyət qaçqınlar və miqrantlar böhranının qloballaşmasına təkan verir (bax: əvvəlki mənbə, 5-ci paraqraf).

10-cu paraqrafda isə Rusiyanın timsalında güc tətbiq etməklə sərhədlərin dəyişdirilməsi cəhdlərinin, aqressiv hərbi ritorikanın, başqa dövlətlərin hava sərhədlərini pozmağın əlavə risk yaratdığı və təhlükəsizliyi ciddi təhdid etdiyi vurğulanır (bax: əvvəlki mənbə, 10-cu paraqraf).

Bütün bunlar Şimal Atlantika Alyansının BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etmək əsasında qəbul etdiyi bəyannamədə bir daha vurğulayır (2-ci paraqraf). Deməli, NATO kollektiv təhlükəsizlik, böhranların idarə edilməsi və əməkdaşlıq əsasında təhlükəsizliyin təmin edilməsi üçün hazırda mövcud olan bütün təhlükə mənbələrinə qarşı güzəştsiz mövqe tutmaqdadır. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrlə bağlı vurğulanan məqamların aydın məntiqi vardır.

Hər şeydən əvvəl, NATO müstəqilliyini əldə etmiş ölkələrin müstəqil və suveren xarici siyasət yeritməsini vacib şərt hesab edir. Bunun üçün həmin ölkələrin rəhbərliyi kənar təsirlərə uymamalı, öz müstəqil seçimlərini etməlidirlər. Ermənistan bu şərti ödəyirmi?

Qətiyyən ödəmir. Bu barədə erməni ekspertləri özləri də dəfələrlə fikir söyləyiblər. KİV-də həmin məqam kifayət qədər əks olunub, onun üzərində geniş dayanmağa ehtiyac görmürük. Bunun fonunda isə Azərbaycan rəhbərliyi tam müstəqil xarici siyasət yeridir və heç bir kənar qüvvənin təsiri altına düşmür. Onun təsdiqi isə rəsmi Bakının həyata keçirdiyi və çox müxtəlif sahələri əhatə edən proqramlardır. O cümlədən indi milli təhlükəsizliyin tərkib hissəsi kimi qəbul edilən enerji siyasətini Azərbaycan rəhbərliyi yalnız milli maraqlar və müstəqil dövlətçilik prinsiplərinə uyğun aparır.

Havadarlığın sonu: Qərbin öz səhvini etirafı zamanı

Yeni İpək Yolunda iştirak, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz marşrutu və onlarla digər layihələr bu fikrin doğruluğunu sübut edir. Bəs Ermənistan konkret hansı layihələri həyata keçirir və ya hansı beynəlxalq proyektin iştirakçısıdır? Heç bir layihənin! Onda rəsmi İrəvanın müstəqil xarici siyasətindən danışmaq olarmı? Cəfəngiyatdır! Ermənistan rəhbərliyi tamamilə kənar qüvvələrdən asılı olub və bu, indi də davam edir. Aprel müharibəsi zamanı erməni rəhbərliyinin atdığı addımlar bunu bir daha təsdiqlədi.

Bunlardan əlavə, Ermənistan NATO-nun Varşava sammitinin yekun bəyannaməsinin 3-cü müddəasına uyğun davranmır, yəni region dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət etmir, onların təmin edilməsinə dəstək vermir. Bunu hüquqi olaraq Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi sübuta yetirir. Belə ki, bu ölkə BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarını dərhal tərk etməklə bağlı qəbul etdiyi 4 qətnaməsini qulaqardına vurub və hətta Bakını aqressiyada günahlandırmağa çalışır.

O, özünü elə aparır ki, sanki işğal etdiyi ərazilər qədimdən Ermənistana məxsusdur və Azərbaycan bunu qəbul etməlidir. O cümlədən rəsmi Bakı "DQR" adlı qondarma qurumu tanımalıdır (bax: məs., Серж Саркисян: Статус-кво изменится, если будет признана реализация права народа Нагорного Карабаха на самоопределение / "lragir.am", 9 iyul 2016).

Deməli, Ermənistan yuxarıda vurğuladığımız ilk 3 müddəaya uyğun hərəkət etmir. Bu halda rəsmi İrəvanın münaqişələrin dinc yolla həlli prinsipinə əməl etdiyi tamamilə yalandır və bu baxımdan onunla NATO-nun mövqeyi bir-birinə qətiyyən uyğun gəlmir. Çünki yuxarıda vurğulandığı kimi, NATO Cənubi Qafqazda və Moldovada olan münaqişələrin dinc yolla həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edir. O başqa məsələdir ki, bu danılmaz ziddiyyəti NATO etiraf etmir, onun üstündən sükutla keçir. Səbəb də aydındır - haradasa Qərb xristian təəssübkeşliyi çəkir, təcavüzkarı yerində oturtmaq istəmir və eyni zamanda, Rusiya faktorunun geosiyasi nəticələrindən çəkinir.

Ancaq bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi fonunda ikinci dərəcəli məqamlardır. BMT-nin Nizamnaməsində ifadə edilən müddəalar da bunu təsdiq edir. Orada qeyd olunub ki, hər hansı ölkəyə qarşı təcavüz varsa, onun özünümüdafiə hüququ mövcuddur və başqaları da bu işdə təcavüz qurbanlarına dəstək verməlidirlər (bax: Charter of the United Nations / "un.org").

NATO hesab edir ki, münaqişə vurğulanan prinsiplər əsasında, beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Onların hər birində isə ərazi bütövlüyü məsələsi mütləq şərt kimi qoyulub. Rəsmi İrəvanın bütün davranışlarında isə bir məntiq var - "DQR"in müstəqilliyi tanınmalıdır! Bu da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməkdir ki, birbaşa beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına ziddir. Deməli, Ermənistan 4-cü müddəaya da əməl etmir.

Nəhayət, nümunə gətirilən sənəddə vacib bir məqam NATO-nun münaqişənin sülh yolu ilə həlli üçün güclü siyasi iradə ilə konstruktiv əməkdaşlığı xüsusi qeyd etməsidir. Ermənistan rəhbərliyində siyasi iradə varmı? Olsa idi, başqalarının iradəsi qarşısında diz çökməzdi. Kənardan edilən diqtə ilə siyasət yeritməzdi. Özü müstəqil seçim edərdi. Yəni bu müddəa da Ermənistan rəhbərliyinə heç uyğun gəlmir.

Bütün bunların fonunda NATO-nun Varşava sammitində qəbul edilən bəyannamənin Azərbaycanın maraqlarına uyğunluğu aydın görünür. Rəsmi Bakı burada qoyulan bütün şərtlərlə səsləşən addımlar atır, müstəqil xarici siyasət kursu reallaşdırır. Bu baxımdan Brüssellə Bakı təbii tərəfdaşdırlar. Ermənistan isə yalan və qərəzli mövqeyi ilə NATO-nun təhlükəsizliklə bağlı bütün planlarına qarşı çıxır. Onun həmin istiqamətdə atdığı hər bir addım blef olub, həqiqi niyyəti ifadə etmir. Qərbin böyük dövlətlərinin havadarlığı rəsmi İrəvanın bu cür şıltaq davranmasına əsas verir. Lakin NATO-nun bəyannaməsində də vurğulandığı kimi, tamamilə yeni beynəlxalq təhlükəsizlik şərtləri formalaşmaqdadır. Artıq süni manevrlər sahəsi də daralır. Ermənistan rəhbərliyinin hərəkətlərini nə Vaşinqton və Paris, nə Brüssel və Moskva qəbul etmir. Buna görə də Varşava sammiti Azərbaycan üçün çox uğurlu, Ermənistan üçün isə faciəvi olub. Azərbaycan Prezidenti müstəqil siyasətinin bəhrələrini görürsə, Ermənistan rejiminin başçısı kölə psixologiyasının yaratdığı ziddiyyətlər içində çapalayır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bu ayın sonunadək Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi hazır olacaq

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır